XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 15:49

Şults və Merkel federal kansler vəzifəsi uğrundamübarizə aparacaqlar

Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) lideri, AFR-in iqtisadiyyat naziri və vitse-kansleri Ziqmar Qabriel AFR kansleri vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib.

O, bu vəzifəyə Avropa Parlamentinin sabiq sədri Martin Şultsun namizədliyini təklif edib. Bu barədə Ziqmar Qabriel “Stern” jurnalına və “Die Zeit” qəzetinə müsahibəsində məlumat verib və çərşənbə axşamı bundestaqda ASDP fraksiyasının iclasında öz fikrini təsdiq edib.

Sonra ASDP-nin rəyasət heyəti rəsmi olaraq Martin Şultsun federal kansler vəzifəsinə və Ziqmar Qabrielin varisi kimi partiya sədrliyinə namizədliyini irəli sürüb. Ziqmar Qabriel ASDP-nin dünənki iclasından sonra deyib: “Bu, rəyasət heyətinin partiyanın idarə heyətinə təklif kimi yekdilliklə qəbul edilmiş qərarıdır”.

Beləliklə, Martin Şults mühafizəkar Xristian Demokratik İttifaqından dördüncü dəfə namizədliyini irəli sürəcək Almaniya hökumətinin başçısı Angela Merkelə rəqib olacaq. Almaniya parlamentinə seçkilər bu il sentyabrın 24-nə nəzərdə tutulur(azərtac).