XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 16:10

Ronaldinyo futbolçu karyerasınıbərpa edir

İspaniyanın "Barselona" klubunun və Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo karyerasını bərpa etməyə yaxındır. 

"Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, 36 yaşlı hücumçu Braziliya "Kuritiba"sı ilə anlaşma əldə edib. Ona ayda 88 min avro maaş, eləcə də dəbdəbəli malikanə və cangüdən təklif olunub. "Sambaçı" sonuncu klubu "Flüminense"ni 2015-ci ilin sentyabrında tərk edib.

Ötən mövsüm Braziliya çempionatında 15-ci yeri tutmuş "Kuritiba"nın idman direktoru Braziliya millisinin sabiq müdafiəçisi Juliano Bellettidir. O, Ronaldinyo ilə "Barselona"da birgə çıxış edib. 

Qeyd edək ki, Ronaldinyo 2016-cı il oktyabrın 20-də "Qəbələ" klubunun dəvəti ilə Bakıda səfərdə olub. Həmin gün keçirilmiş mətbuat konfransında Azərbaycan paytaxtında Ronaldinyo Futbol Akademiyasının açılacağı bildirilib.