Suriyada Türkiyənin daha 1 hərbçisi şəhid olub, 5-i yaralanıb.
"Report” "Hürriyet"ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvləri Əl-Bab şəhərində Türkiyə hərbçilərinin yerləşdiyi ərazini minaatanlardan atəşə tutub. Türkiyə Silahlı Qüvvələri bu hücumdan sonra İŞİD-in mövqelərinə havadan və qurudan raket zərbələri endirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fırat kalkanı” əməliyyatı bu il avqustun 24–də başlayıb. Ötən müddət ərzində Suriyada keçirilən anti-terror əməliyyat nəticəsində Türkiyənin 41 hərbçisi şəhid olub.