XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 21:42

Bolqarıstan parlament seçkilərinəhazırlaşır

Bolqarıstanda müvəqqəti Baş nazir vəzifəsini icra edən Ognian Gerdjikov BNT milli televiziya kanalına bildirib ki, martın 26-da baş tutacaq parlament seçkilərinə kimi ölkədə stabilliyi və siyasi davamlılığı qoruyacaq.

Bolqarıstan Prezidenti Rumen Radev sabiq parlament sədri, hüquq elmləri üzrə professor Ognian Gerdjikovu keçən ilin sonunda hökumətin istefasından sonra müvəqqəti hökumətin Baş naziri vəzifəsinə təyin edib.

Bolqarıstan Konstitusiyasına görə müvəqqəti hökumətin əsas vəzifələri parlament seçkilərinə hazırlığın və dövlətin stabil qaydada fəaliyyətini təmin etməkdir. 70 yaşlı Ognian Gerdjikov rəsmi olaraq vəzifəsinin icrasına Prezidentin parlamenti buraxmasından sonra başlayacaq(azərtac).