Türkiyənin "Turkish Airlines" şirkəti yağan güclü qar səbəbindən İstanbul hava limanlarında 26-27 yanvar tarixləri üçün 327 daxili və beynəlxalq reysi təxirə salıb.
Trend-in "RİA Novosti"yə isitnadən verdiyi xəbərə görə, bu barədə aviaşirkətin saytında məlumat yayılıb.
İstanbul hava limanlarında Türkiyənin "Pegasus", "Atlasglobal" və "Onurair" aviaşirkətləri də ümumilikdə 136 reysin təxirə salınması barədə məlumat yayıblar.