ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettis gələn həftə Yaponiya və Cənubi Koreyaya səfər edəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis deyib.
"Nazir fevralın 1-də yeni vəzifədə ilk səfərinə başlayacaq. O, özünün Yaponiyalı və Cənubi Koreyalı həmkarları ilə görüşəcək", – Devis deyib.