XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 10:45

“İnqilab ifritəsi” gedir –Viktoriya Nuland vəzifəsini təhvil verir

nuland

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland vəzifəsini tərk edəcək.

Bu barədə Trend "Associated Press" agentliyinə istinadən məlumat verir. Ümumilikdə ABŞ xarici siyasət idarəsini bir neçə diplomatın tərk edəcəyi bildirilir. V.Nulanddan başqa, dövlət katibinin köməkçiləri Coys Barr və Mişel Bond, eləcə də dövlət katibinin inzibati-təsərrüfat işləri üzrə müavini Patrik Kennedi vəzifələrindən ayrılıb.

Hazırda dövlət katibinin səlahiyyətlərini Dövlət Departamentinin sabiq rəhbəri Con Kerrinin müavini Tomas Şennon icra edir. ABŞ Prezidenti Donald Tramp bu vəzifəyə Reks Tillersonun namizədliyini irəli sürüb, lakin Senat onun namizədliyini hələ təsdiqləməyib.