XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 11:07

NATO Baltikyanı ölkələrdə:Alyans ordusu Rusiyə sərhəddinə düzülür

nato abc

Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşılıq olaraq NATO-nun müdafiəsini gücləndirmək məqsdilə Baltikyanı dövlətlərdə qoşun yerləşdirilməsini rəsmiləşdirmək üçün Estoniya və Litva ilə əməkdaşlıq sazişləri imzalayıb. Estoniya, Latviya, Litva və Polşaya dörd çoxmillətli batalyon yerləşdirilir.

Strateq.az “Amerikanın səsi” radiosuna istinadən bildirir ki, müdafiə əməkdaşlığına dair razılıqlar Birləşmiş Ştatların Estoniya və Litvadakı qanuni statusunu idarə edəcək. Bu, "soyuq müharibə" bitəndən bəri NATO-nun ən böyük gücləndirmə aktının bir hissəsidir.

Sərhədin digər tərəfində isə bundan daha çox Rusiya qoşunu yerləşdirilib. “Bu ölkələrdən biri işğal olunduğunda, hər biri eyni aqibəti yaşaya bilər. Ona görə də, bu ölkələrdən hər hansı biri işğal olunsa, bütün NATO ölkələri buna cavab verəcək,” – deyə Kral Birləşmiş Xidmətlər İnstitutundan Conatan Eyal deyib.

Birləmiş Ştatlar oraya təxminən 6 min qoşunla birlikdə tanklar, ağır silahlar və təyyarələr göndərir. ABŞ NATO-nun Polşada yerləşirilən batalyonuna başçılıq edəcək.

Lakin ABŞ prezidenti Donald Trampın bu yaxınlarda etdiyi bəzi şəhrlər Avropa müttəfiqlərini narahat edir. Ötən həftə bir qəzetə verdiyi müsahibədə Tramp NATO-nu “köhnəlmiş” adlandırıb. Cəbhə xəttində yerləşən ölkələr də qorxur ki, ABŞ geri çəkilə bilər.

“Hazırda NATO bölünmüş bir təşkilatdır. Bəzi ölkələrdə Amerika qoşunları var, bəzilərində isə yoxdur. Qoşunların yerləşdirilməsinin məqsədi ittifaqın təhlükəsizlik səylərini balanslaşdırmaqdır. Əgər Vaşinqtondan kimsə bu mövqedən geri çəkilsə, bunun ittifaq üçün ciddi nəticələri olacaq,” – deyə Conatan Eyal bildirir.

Rusiya Kalininqrad anklavına minlərlə qoşun və nüvə-imkanlarına sahib "İskander" raketlərini göndərib. Bu həftə Litva sərhəd zonası boyu hasar inşa etmək planlarını açıqlayıb.

Litvanın daxili işlər naziri Aimutis Misiunas deyib: “Hasar iki metr hündürlüyündə olacaq və hasarın altından və ya üstündən keçidi çətinləşdirmək üçün əlavə maneələr yerləşdiriləcək. Bu cür hasar isə tank və ya digər hərbi avadanlıqların qarşısını ala bilməyəcək”.

Vilnüsda yerləşən Şərqi Avropa Araşdırma Mərkəzindən Linas Kojala deyir ki, bunun əvəzinə hasar başqa qanunsuz fəaliyyətləri aşkar etmək üçün dizayn edilib.

Estoniya iddia edir ki, 2014-cü ildə sərhədlər arası reyd zamanı Rusiya Estoniya ərazisindən bir sərhəd keşikçisini oğurlayıb. Moskva isə keçikçinin sərhədin Rusiya tərəfində olduğunu iddia edir.

NATO üzvləri Rusiyanın Baltikyanı ölkələrə yeni qoşunların yerləşdirilməsindən sonra buna bənzər, belə desək, “hibrid taktika”ya cəhd edə biləcəyindən narahatdır.