Ordu yaxın bir ayda formalaşa bilər
Ərəb dövlətlərinin xarici işlər nazirləri vahid ordu yaradılması haqda qətnamə layihəsini bəyəniblər.
Xarici KİV yazır ki, XİN başçıları Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibinə yaxın bir ayda ümumi qoşun yaradılması üçün müraciət edib. Ordu sürətli hərbi müdaxilə yolu ilə təhlükəsizliyə təhdidlə mübarizə aparacaq.
Nazirlərin görüşü Səudiyyə Ərəbistanının Yəməndə şiə husilərin mövqelərini bombalamağa başlamasından sonra baş tutub.