XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 17:55

Yunanıstan məhkəməsi qiyamçı türk hərbçilərini qaytarmaqdan imtina etdi

turk herbi

Yunanıstan Ali Məhkəməsi 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədən helikopterlə bu ölkəyə qaçan hərbçilərlə bağlı yekun qərarını açıqlayıb.

“Milliyet”in verdiyi məlumata görə, məhkəmə hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Türkiyə avqust ayında hərbi çevrilişdə iştirak edən hərbçilərin ekstradisiyası ilə bağlı Yunanıstana müraciət edib. Türkiyədən Yunanıstana 3 mayor, 3 kapitan və 2 gizir qaçıb.