XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 21:05

Küveyt rəsmisi:“İran tərəfi əməkdaşlığa hazırdır”

A handout picture provided by the office of Iranian President Hassan Rouhani shows him (R) shaking hands with Kuwait's Foreign Minister Sabah Al-Khalid Al-Sabah in the capital Tehran, on January 25, 2017. Kuwait's foreign minister said on January 24 he will deliver a letter from the emir on the troubled ties between the Islamic republic and its Arab neighbours in the Gulf.  / AFP PHOTO / IRANIAN PRESIDENCY / HO / RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT

“Biz İran tərəfinin müsbət münasibətini və əməkdaşlığa hazırlığı müşahidə etdik”.

Strateq.az xəbər verir ki, bunu Küveytin xarici işlər nazirinin müavini Xalid əl-Carullah deyib. O, yanvarın 25-də Küveyt xarici işlər naziri Xalid əl-Hamid əl-Sabah və İran prezidenti Həsən Ruhani arasında danışıqların nəticələrini şərh edib.

Xatırladaq ki, küveytli nazir Fars körfəzi ölkələri Əməkdaşlıq Şurası (KƏŞ) adından H.Ruhaniyə xüsusi mesaj çatdırıb.

“İsmarış və onun məzmunu Körfəz ölkələrinin bir-birinin işlərinə qarışmamağı və dövlətlərarası münasibətlərdə BMT Nizamnaməsi əsasında bir-birinin suverenliyinə hörmətə sadiq qalmağı, habelə tərəfsizlik əsasında qarşılıqlı dialoqu vurğulayır. Bu körfəz dövlətləri ilə İran arasında ikitərəfli əlaqələrdə sıçrayışa səbəb olacaq”, – deyə əl-Carullah əlavə edib.

Nazir müavini bildirib ki, KƏŞ üzvləri və İran arasında gərginliyi azalmağa səylər göstəriləcək.

Küveyt rəsmisi Səudiyyə Ərəbistanı və Bəhreyn səfirlərinin Tehrana qayıdışı barədə danışmağın hələ tez olduğunu qeyd edib. O, bunun üçün lazımi zəmanətlərə nail olunmanın vacibliyini vurğulayıb.