XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 21:19

Livanda “Mossad”ın şəbəkəsi ifşa edilib:tutulanlardan ikisi nepallı qadındır

mossad

Livan Baş Təhlükəsizlik İdarəsi İsrailin "Mossad" məxfi qurumu üçün casusluq edən şəbəkəni ifşa etdiyini açıqlayıb.

Strateq.az xəbər verir ki, şəbəkənin üzvləri ölkədən kənarda İsrail səfirliyi ilə əlaqəda olmuş bir livanlı, Livanda məskunlaşmış iki fələstinli və iki nepallı qadındır. Onlar Türkiyə, İordaniya, İngiltərə və Nepalda olan İsrail səfirlikləri ilə telefon əlaqəsi saxlayaraq kəşfiyyat tapşırıqları aldıqlarını etiraf ediblər.

Baş Təhlükəsizlik İdarəsi İsraillə qanunsuz əməkdaşlıq edən digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyini bəyan edib.