XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 23:09

Suriya müxalifəti Moskvaya gəlib:Sabah Lavrovla görüş olacaq

Sabah, yanvarın 27-da Moskvada Suriyanın siyasi müxalifəti və Suriya qiyamçılarının bəzi təmsilçilərinin xarici işlər naziri Sergey Lavrovla görüşü keçiriləcək.

Strateq.az xəbər verir ki, Rusiyanın rəsmi Dəməşqlə rejiminin əleyhdarları arasında vasitəçi kimi mövqeyini gücləndirəcək bu danışıqlarda iştirak üçün Camal Süleyman, Cihad Makdisi və kürdlərin Demokratik Birlik Partiyasını təmsil edən Xalid İssa, habelə Qədri Cəmil və Randa Kassis artıq Moskvaya gəliblər. Onlara daha iki nəfərin qoşulması gözlənilir. Müxalifətin bir üzvü – Moaz əl-Xətib isə kürdlərin prosesdə iştirakına etiraz əlaməti olaraq Rusiya paytaxtına gəlməkdən imtina edib.