İsrail rəsmiləri Şərqi Qüdsdə yəhudi məskunlar üçün daha 153 evin tikintisinə icazə veriblər.
Strateq.az xəbər verir ki, Qüdsün bələdiyyə başçısının müavini Meir Turgeman bildirib ki, Donald Trampun andiçmə mərasimindən sonra Şərqi Qüdsdə 11 min evin inşası planlaşdırılıb. “Yaxın aylarda şəhərdə, xüsusən Gilo məhəlləsində minlərlə ev inşa ediləcək”.