Aİ Şurasının sədri Donald Tusk Ukraynadakı böhrana görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşuldumasına görə Monteneqroya təşəkkür edib.
Onun sözlərinə görə, yürütdüyü xarici siyasətinə görə Monteneqro artıq de-fakto Aİ-nin üzvü hesab edilir. D.Tusk rəsmi Podqoritsanı korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəni fəallaşdırmağa çağırıb.
“Monteneqro vətəndaşlarının Avropa və Avro-Atlantik məkana meyilli olması göz qabağındadır” , – deyə Tusk qeyd edib. (APA)