ABŞ mediasının məlumatına görə, prezident Donald Trampın administrasiyasında “Müsəlman Qardaşlar” hərəkatını terror təşkilatı elan edib-etməməklə bağlı müzakirələr gedir.
Strateq.az xəbər verir ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin rəhbərlik etdiyi qrup Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin xarici terror təşkilatları siyahılarına “Qardaşlar”ı da əlavə etmək istəyir.
Ağ Evdəki mənbələr bildirir ki, D.Trampın digər məsləhətçiləri, o cümlədən milli təhlükəsizlik, diplomatik, hüquq-mühafizə və kəşfiyyat üzrə rəsmilər “Müsəlman Qardaşlar”ın ölkənin ən qədim islamçı hərəkat olduğunu və Misirdə 2013-cü ildən terror təşkilatı elan edildiyini əsas gətirərək sanksiyaların əleyhinə çıxır.
ABŞ administrasiyasının mövqeyi hələlik ziddiyyətli olsa da, senator Ted Kruz və Mario Dias-Balart bu ay “Qardaşlar”ı terrorçu siyahısına əlavə etmək üçün yeni qanunvericilik layihəsi irəli sürüblər.
Dövlət katibliyinə namizəd Reks Tillerson da Senatda "Müsəlman Qardaşlar" hərəkatını “radikal İslamçı” kimi dəyərləndirib.
Bu günlərdə Misir prezidenti Əbdülfəttah Sisi və Trump arasında telefon danışığında hər iki lider terrorizm və ekstremizmə qarşı mübarizə artırmaq yollarını müzakirə ediblər.