Nyu-Yorkun Con Kennedi beynəlxalq hava limanında müsəlman qadına hücum edilib. Hazırda hadisə Massaçusets məhkəməsində araşdırılır.
Strateq.az xəbər verir ki, Robin Fodes adlı bu şəxs aviaşirkət əməkdaşı olan qadını təpikləyib və onu küçə söyüşləri ilə təhqir edib. “Delta” şirkətinin əməkdaşı Rabiyə Xan hicablı imiş. Onunla əsassız mübahisəyə girən R.Fodes təhdidlərini bu sözlərlə bitirib: “Donald Tramp bizi sizlərdən xilas edəcək”.
Hava limanındakı şəxslər Robin Fodesi sakitləşdirməyə çalışıblar. Lakin bu, yalnız polisin müdaxiləsi ilə baş tutub.