Yanvarın 30-da İordaniya kralı Abdullahın ABŞ-a səfər başlayır. Bu barədə məlumat yayan İordaniyanın Birləşmiş Ştatlardakı səfirliyi kralın prezident Donald Trampın yeni administrasiyası ilə danışıqlar aparacaq ilk ərəb lideri olduğunu vurğulayıb.
Strateq.az xəbər verir ki, II Abdullah Konqresdə də görüşlər keçirəcək. Lakin ABŞ-a işgüzar səfər çərçivəsində D.Trampla görüşün olub-olmayacağı isə hələ məlum deyil. Səfirliyin bəyanatında bu haqda heç nə deyilmir.
II Abdullah son dəfə Moskvada Vladimir Putinlə danışıqlar aparıb. Suriya sülh prosesinə dəstək verdiyi üçün V.Putin İordaniya başçısına təşəkkür edib.