XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2015 - 10:51

BMT Təhlükəsizlik Şurasına Yəməndəki durum barədə qətnamə təqdim olunub

Qətnamədə qiyamçıların silahla təchizatına embarqo tətbiqi tələb olunur

Səudiyyə Ərəbistanı və onun Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası üzrə müttəfiqləri Yəməndəki durum barədə BMT TŞ-a qətnamə göndərib.

Xarici KİV yazır ki, qətnamədə qiyamçı husilərin silahla təchizatına embarqo tətbiqi tələb olunur.

Sənəd Ərəbistan yarımadasında hərbi əməliyyatlar başlanandan sonra daxil olub.

Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası (FKƏDƏŞ) istəyir ki, qətnamə BMT xartiyasının yeddinci bəndinə (sülhə təhdidə nisbətdə fəaliyyət) uyğun qəbul edilsin. Körfəz ölkələri həm də TŞ-nn katibinə məktub göndərib bildiriblər ki, husilərin mövqelərinə aviazərbələr ölkənin qanuni prezidenti, qiyamçıların mühasirəyə aldığı Mənsur Hadinin xahişinə cavab olaraq endirilib.

Ərəb dövlətləri tələb edir ki, qiyamçılar Yəmən paytaxtını və ölkənin digər bölgələrini tərk etsinlər.