XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 17:21

Rəfsəncaninin boş qalmış yerinə yeni namizəd –Hələlik rəsmi təsdiq yoxdur

movahedi-kirmani

İranın Məsləhət Şurasında boş qalmış yeri Məhəmməd Əli Movahedi Kirmani tutacaq.

Strateq.az xəbər verir ki, bu gün İranın bir sıra internet resurslarında belə bir xəbər yayılıb. “Şəfəqna” saytının bu iddiası artıq ölkənin sosial şəbəkələrində də müzakirə mövzusu olub.

Məsləhət Şurasının sabiq rəhbəri Əkbər Haşimi Rəfsəncaninin vəfatından sonra bu vəzifəni tutacaq bir neçə namizədin adı çəkilib. Məhəmməd Əli Movahedi Kirmaninin təyinatı hələlik rəsmən təsdiqlənməyib.

Hazırda Movahedi Kirmani Ekspertlər Şurası sədrinin birinci müavini, Məsləhət Şurasının üzvü və Mübariz Ruhanilər Cəmiyyətinin baş katibidir. O, əvvəllər İran İnqilab Keşikçiləri Korpusunda Ayətullah Xamnəinin nümayəndəsi vəzifəsində çalışıb və təxminən 4 il əvvəl Tehranın müvəqqəti imam-cüməsi olub.