XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 January 2017 - 17:58

Olland:“Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır”

Olland 2

“Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır, xüsusən də kommersiya sahəsində”.

Bunu Fransa  prezidenti Fransua Olland Almaniya kansleri Angela Merkellə  keçirdiyi birgə mətbuat  konfransında deyib. 

“Gəlin açıq danışaq. ABŞ administrasiyasının qarşımıza qoyduğu  çağırışlar var. Bu, ticarət qaydalarına, habelə dünyadakı münaqişələrin həlli ilə bağlı mövqeyimizə aiddir. Əlbəttə ki, Trampla dialoq aparmalıyıq, çünki onu amerikalılar seçiblər. Lakin bunu Avropa dəyərlərini nəzərə almaqla, maraqlarımız naminə etməliyik “, – deyə o vurğulayıb.

Merkel isə Trampın adını çəkməsə də, dünyadakı şərtlərin tez və dramatik istiqamətdə dəyişdiyini bildirib.   (APA)