XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 14:12

Tramp qaçqınlar barədə fərmana görə tənqidlərətuş gəldi

“Facebook” sosial şəbəkəsinin banisi Mark Zukerberq ABŞ Prezidenti Donald Trampın qaçqınlar haqda fərmanını tənqid edib.

Əcdadlarının Almaniya, Avstriya və Polşadan gəldiyini qeyd edən Zukerberqin sözlərinə görə, ABŞ köçkün millətlərdən ibarətdir və bununla fəxr etməlidir.

11 “Nobel” mükafatı laureatı və minlərlə digər məşhur alim ABŞ Prezidentinin fərmanına qarşı petisiya imzalayıb. Petisiyaya gələcəkdə ABŞ-da keçiriləcək konfransları və elmi qurultayları boykot edə biləcək xarici akademiklərin də qoşulması ehtimalı var. Həmçinin xarici tələbələr təhsillərini bu ölkədə davam etdirə bilməyəcəklərindən narahatdırlar.

Bir qədər əvvəl Trampın nənə və babasının da ABŞ-a Almaniyanın Kalştadt şəhərindən gəldiyi deyilirdi.

Qeyd edək ki, son günlər Birləşmiş Ştatların prezidenti miqrasiya siyasətini sərtləşdirən üç fərman imzalayıb. Donald Tramp yanvarın 27-də mühacir qəbulunu 120 gün müddətinə dayandıran, Suriya qaçqınlarını yerləşdirməyi qeyri-müəyyən vaxta qədər qadağan edən və ölkəyə bəzi giriş qaydalarını sərtləşdirən fərmanı təsdiqləyib. Tramp imzalanma mərasimində bundan sonra ölkəni “xarici terrorçulardan” qorumaq üçün qaçqınların seçiminin “ekstremal” olacağını da qeyd edib.