XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 14:20

İspaniyada “3D” printerdə çap edilmiş dünyada ilk piyada körpüsü- FOTO

İspaniyanın Alkobendas şəhərində tamamilə “3D” printerdə çap edilmiş dünyada ilk beton körpü təqdim edilib. Kastiliya-La-Mança parkında qurulmuş körpünün uzunluğu 12, eni isə 1,75 metrdir.

Azərtac “techcult.ru” saytına istinadən xəbər verir ki, layihənin dizaynı Kataloniya Müasir Memarlıq İnstitutu tərəfindən hazırlanıb. Körpü üzvi və biomimetik memarlıq üslubunda yaradılmış səkkiz ayrı-ayrı hissədən ibarətdir.

“3D” çap texnologiyası materialın artığını təkrarən istifadəyə, istənilən forma və çətinlikdə obyektlər yaratmağa imkan verir. Canlı orqanizmlərin toxumalarını imitasiya edən struktur çap edilmiş məhsulları çox möhkəm edir.

Çap texnologiyası ilə hazırlanmış körpüyə cavabdeh şirkət rəsmisinin sözlərinə görə, ilk uğurlu layihə yaxın gələcəkdə İspaniyada “3D” printerdə yaradılmış yeni şəhər obyektlərinin yaradılacağına ümid verir.