XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

28 Yanvar 2017 - 14:56

İran prezidentinin qardaşına 10 illik qadağa:Məşhəd ziyarətgahının qərarı

huseyn-ferudun

“Tasnim” İran prezidentinin qardaşı Hüseyn Firudunla bağlı yeni xəbər yayıb.

Strateq.az xəbər verir ki, adı ailə üzvləri ilə birgə Rəsul Danyalzadənin bank fırıldaqlarında adı hallanan H.Firudunun Məşhəd şəhərindəki İmam Rza (ə.) müqəddəs türbəsinin xidmətçiləri siyahısından çıxarılıb. İranda böyük şərəf hesab edilən hərəm (ziyarətgah) xidmətçisi üzvləri siyahısında olan dövlət başçısının qardaşı 10 illik müddətə bu imtiyazdan məhrum edilib.

Məlumat ziyarətgahın ictimaiyyətlə əlaqələr şöbəsində də təsdiqlənib.

Xatırladaq ki, bank fırıldaqları ilə bağlı qalmaqlada Hüseyn Firudunun xanımı Azər Qəfuri və ailənin digər üzvü, qaynı Şəbdust Malmirinin adları da çəkilir.