XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 15:07

Səfir Andrey Karlovun qatilinin bütün elektronməktubları silinib

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirmiş Mövlüd Altıntaşın bütün elektron məktubları naməlum şəxslər tərəfindən silinib.

"Report" "Sabah" qəzetinə istinadən xəbər verir ki, müstəntiqlər qatilin bütün yazışmalarının diplomatın qətlindən 2,5 saat sonra silindiyini müəyyənləşdiriblər. Hətta parol digər SIM-kartından da sındırılıb.

Xəbərdə bildirilib ki, M.Altıntaş "Gmail" poçt serverindən istifadə etdiyindən Türkiyə hökuməti "Google" rəhbərliyinə müraciət ünvanlayıb və tədqiqatın aparılmasında kömək göstərilməsini istəyib.