XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 15:58

Ən populyar Çin smartfonlarınınadları açıqlandı

Çin texnoloji şirkətinin rəhbəri bu ölkənin istehsalı olan ən uğurlu smartfonların siyahısını dərc edib. 

Bu siyahının lideri tanınmış elektronika texnikası istehsalçısı “Huawei” olub. Bu şirkət 139 milyon ədəd smartfon satışını həyata keçirə bilib. 

Gümüş yer bu siyahıda Çin brendi “Oppo”ya verilib. Şirkət ötən il ərzində 95 milyon ədəd smartfon sata bilib. Bürüncü isə 82 milyon mbil cihazın satışını təşkil edən “Vivo” şirkəti əldə edib. 

Maraqlıdır ki, “Xiaomi” şirkəti rəsmi olaraq özünün istehsal etdiyi məhsulun həcmini açıqlamayıb.

Ümumilikdə isə qeyd edilir ki, Çin smartfon bazarı kəmiyyət və keyfiyyət nisbətində xeyli artıb. Mütəxəssislər bunun əsas səbəbini bu şirkətlərin Hindistan bazarında uğurla iştirak etməsi ilə izah edirlər. Bu bazarda Çin telefonları cəmi bir il ərzində payını 35 faiz artıra bilib. Hazırda Hindistan ərazisində satılan hər ikinci smartfon Çin istehsalçısına məxsusdur(lent.az).