Məşhur rusiyalı tennisçi Mariya Şarapovanın həyatından bəhs edən kitab bu ilin sentyabrında işıq üzü görəcək. Bu barədə məlumatı kitabın hazırlanması ilə məşğul olan “Macmillan” nəşriyyatı yayıb.
Azərtac lenta.ru saytına istinadən xəbər verir ki, kitab Şarapovanın 6 yaşında ABŞ-a köçməsindən başlayaraq “meldoniy” həblərindən istifadəyə görə iki il müddətinə idmandan kənarlaşdırılmasınadək olan dövrü əhatə edir. 27 dollara satılacaq kitabın veb və audio versiyaları da təqdim olunacaq.
Qeyd edək ki, Mariya Şarapova "Böyük dəbilqə" turnirinin 5 qat qalibidir. O, həmçinin “London-2012” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.