XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 16:57

Ərdoğan Britaniya baş naziri iləgörüşüb

Böyük Britaniyanın baş naziri Tereza Mey Türkiyədə rəsmi səfərdədir. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, T.Mey ilk öncə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini (Anıtkabir) ziyarət edərək əklil qoyub və xatirə dəftərinə ürək sözlərini yazıb. 

O, xatirə dəftəinə ingilis dilində "Müasir Türkiyənin qurucusunu burada xatırlamaq mənim üçün böyük bir qürurdur. Atatürkün "Yurdda sülh, Cahanda sülh!" xəyalını reallaşdırmaq üçün səylərimizi artırmalıyıq" yazıb.

Bundan sonra T.Mey Beştəpədəki Prezident Sarayında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib. 

Qeyd edək ki, Britaniyanın baş naziri Türkiyəyə Vaşinqtonda ABŞ-ın yeni prezidenti Donald Trampla görüşdükdən sonra gəlib. Onun türkiyəli həmkarı ilə görüşü də nəzərdə tutulub.