XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2017 - 18:40

İraqda İŞİD-dən qaçan insanlar minaya düşüblər:5 ölü, 10 yaralı

İraqda İŞİD terror təşkilatının nəzarətindəki bölgədən qaçmağa çalışan insanların minaya düşmələri nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, yaralananlar arasında qadın və uşaqlar da var.

Qeyd edək ki, İraqın Kərkük şəhərinin 6 qəsəbəsi və yüzlərlə kəndi 2014-cü ildən İŞİD-in nəzarətindədir.