XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2017 - 22:38

ABŞ müsəlmanları Trampaqarşı çıxdılar

Amerika İslam Əlaqələri Şurası (Council on American-Islamic Relations, CAIR) prezident Donald Trampın qaçqınların qəbulunun dayandırılması və müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağan olunmasına dair fərmanları ilə bağlı iddia qaldırmağı planlaşdırırlar.     

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında bildirilir.

“İddia fərmanın konstitusiyaya uyğunluluğunu sual altına qoyur, belə ki, sənədin məqsədi və motivi İslam dininə mənsub insanların ABŞ-a girişinə qadağa qoymaqdır. Fərmanın əsasında real vəziyyət yox, dözümsüzlük hissi durur. Fərman ABŞ konstitusiyasının əsas müddəalarını şübhə altına alır ”, – deyə CAIR-ın məlumatında qeyd olunur.  

20 nəfərdən çox şəxsin adından qaldırılacaq iddia barədə məlumat CAIR tərəfindən rəsmi olaraq yanvarın 30-da elan edəcək.