İran XİN Donald Trampın ABŞ-a miqrasiya qadağalarını dünya müsəlmanlarına və İran xalqına təhqir olduğunu bildirib.
Strateq.az xəbər verir ki, rəsmi Tehran iranlıların Birləşmiş Ştatlara səfər qadağasına oxşar tədbirlə cavab veriləcəyini bəyan edib.
XİN-in bəyanatında deyilir ki, üç aylıq məhdudiyyət qərarı “terrorçuluğa qarşı mübarizə və Amerika xalqının təhlükəsizliyini qorumaq iddialarının əksinə, ekstremistlər və onların havadarları üçün böyük hədiyyədir”.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişinə üç aylıq qadağan qoyan fərman imzalayıb.