ABŞ prezidenti Donald Tramp məmurların xarici ölkələrin hökumətlərinin maraqlarına xidmət edən lobbiçilik fəaliyyətinə ömürlük qadağa tətbiq edib. Lobbiçilik fəaliyyətinin digər növlərinə isə 5 illik qadağa qoyulub.
“Mənimlə işləmək istəyənlər fikrini xidmətindən sonra əldə edəcəyi qazanca yox, Amerika xalqına xeyir gətirməyə yönəltməlidirlər”, – deyə Tramp qeyd edib. (APA)