XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2017 - 16:48

Ağ Evin saytında yanlışlıq:Tereza Mey porno aktrisa ilə səhv salındı

thereza may

"Reuters"in məlumatına görə, Ağ Evin rəsmi saytında bağışlanmaz səhvə yol verilib. Vaşinqtona dəvət almış Böyük Britaniyanın baş naziri porn aktrisa ilə səhv salınıb.

Strateq.az xəbər verir ki, saytda sabiq porno aktrisa Teresa Mey (Theresa May) Ağ Evin rəsmi qonağı kimi təqdim olunub. Vaşinqtonda bu səhv sonradan düzəldilsə də, Ağ Ev işçilərinin yanlışlığı sosial şəbəkələrdə komik şərhlər doğurub.

Xatırladaq ki, bu, Böyük Britaniya baş nazirinin porno aktrisa ilə səhv salınmasına aid üçüncü haldır. 

Artıq 50 yaşında olan porno aktrisa isə "Tweetter"də bununla bağlı yazıb: "Bəzi şəxsləri məni Böyük Britaniyanın baş naziri hesab etməsi məndə o ki var gülüş doğurdu. Bu, yalnız bəzi insanların cahilliyini isbatlayır".