XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2017 - 17:08

İŞİD-in qadın “naziri” fərarilik edib– Üstəlik xəzinəni qarət etməklə

 

isid-qadin

İraqın hazırda hərbi əməliyyatlar gedən Ninəva əyalətindəki mənbənin iddiasına görə, "İslam Dövləti"nin "qadın məsələləri üzrə naziri" hesab edilən "əl-Xonsa" batalyonunun rəhbəri fərarilik edib.  

Strateq.az xəbər verir ki, bu barədə "Al-Sumariyah News" məlumat yayıb.

"Nazir" qadının 4 əlaltısı ilə birgə İraq-Suriya sərhədindəki əl-Baac qəsəbəsinə qaçdığı iddia edilir. Fərarilik edərkən o, "xilafət" xəzinəsini də qarət edib. Buna görə də intiharçı qadınlara rəhbərlik etmiş batalyon komandirinin təqibi üçün İŞİD-çilərin xüsusi dəstəsi yaradılıb.