XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 17:43

ABŞ millisi İrana buraxılmaya bilər –Mediada müzakirə

iran-amerika-idman

ABŞ administrasiyasının 7 İslam ölkəsinin vətəndaşlarına tətbiq olunan giriş qadağasına İranın eyni şəkildə təpki göstəməsi İran mediasında bir sıra müzakirələrə yol açıb. Hazırda rəsmi Tehranın oxşar tədbirlər görəcəyi təqdirdə bunun ölkədə keçiriləcək sərbəst güləş üzrə Dünya Kuboku yarışlarına necə təsir edəcəyi nəzərdən keçirilir. 
Strateq.az xəbər verir ki, fevralın 15-16-da Kirmanşah şəhərində baş tutmalı olan turnirə Rusiya, Türkiyə, Gürcüstan, Azərbaycan, Hindistan və Monqolustan idmançıları ilə bərabər, ABŞ təmsilçilərinin də qatılması sual altındadır. ABŞ hökumətinin tətbiq etdiyi qərara  İran Xarici İşlər Nazirliyinin sərt təpkisi və nəzərdə tutulan cavab təqdirləri yaxın günlərdə qüvvəyə minərsə, ABŞ milli komandası Dünya Kuboku yarışlarından kənarda qalacaq.