XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 10:22

Kanadada namaz vaxtı məscidə silahlı hucum: –5 nəfər həlak oldu, onlarla yaralı var

kanada mescid

Kanadanın Kvebek şəhərində məscidə hücum olub. Namaz zamanı 3 silahlı şəxs məscidə daxil olaraq, oradakıları güllələməyə başlayıb. Kvebek İslam Mədəniyyət Mərkəzinin rəhbərliyi 5 nəfərin həlak olduğunu deyir.

«Fox News» hadisənin axşam namazı zamanı baş verdiyini bildirir. Hücum edənlər maskalı olublar və atəş açarkən, «Allahu-əkbər!» deyə qışqırıblar. Kanada radiosuna müsahibə verən şahidlər silahlıların yerli ləhcəylə danışdığını vurğulayıblar.(Azadlıq radiosu)

«Onlar dua edənlərə atəş açırdılar. Namaz üstə olanlar öldülər. Güllələrdən biri başımın üstündən keçdi», – şahidlərdən biri hadisəni belə təsvir edib. Yerli «Le Soleli» qəzeti polisin iki nəfəri həbs etdiyini yazır. Tutulanlardan birinin 27 yaşı olduğunu, kvebeklilərə məxsus soyadı daşıdığını bildirir. Yerli telekanallar məscidin ətrafını polis maşınlarının bürüdüyünü göstərirlər. Ölüm faktını polis də təsdiqləyib, ancaq ölənlərin, ya da yaralıların sayı barədə bir söz deyilmir. Polis durumu nəzarətdə saxladığını bildirir.

Şahidlərin «Reuters» xəbər agentliyinə bildirdiyinə görə, hücum zamanı məsciddə 40 nəfər varmış. Yerli media isə bu rəqəmin 100-ə yaxın olduğunu yazır. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparıldığından onların sayı haqda, hələ ki, bilgi yoxdur.

«Reuters» Kvebekdə son illər müsəlmanlara qarşı insidentlərin tez-tez qeydə alındığını vurğulayır. Keçən ilin iyununda – Ramazan bayramı zamanı kimsə həmin məscidin qapısına donuz başı atıbmış.

«Bizə bunun bir insident olduğunu dedilər. İndi isə ölənlər var». Hücumun baş verdiyi İslam Mədəniyyət Mərkəzinin prezidenti Mohamed Yangui jurnalistlərlə söhbətində belə deyib.

Kanadanın baş naziri CastinTrudeau Twitter hesabında ölənlərin ailələrinə başsağlığı verib, bütün kanadalıların dərin kədər içərisində olduğunu yazıb. Kvebek qubernatoru Filipp Koillard hadisəni «vəhşi zorakılıq» adlandırıb, ölənlərin ailələriylə həmrəyliyini bildirib.

Hadisəyə görə məsuliyyəti, hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

Kvebekdə müsəlmanların sayı getdikcə artmaqdadır və bu, yerli millətçilərin narahatlığına səbəb olurdu. 2015-ci il seçkilərində niqaba qadağa, bütün ölkədə olduğu kimi, Kvebekdə də geniş müzakirə mövzularından idi və əhalinin böyük hissəsi qadağanın saxlanmasına tərəfdar olduğunu bildirmişdi.