XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 10:57

İraqın vitse-prezidenti:"İŞİD-i Barak Obama yaradıb”

iraq vitse prezi

"İŞİD qruplaşmasını Barak Obama yaradıb".

 “Nezavisimaya Qazeta”nın  verdiyi xəbərə görə, bu bəyanatla İraqın sabiq baş naziri, hazırda ölkənin vitse-prezidenti olan Nuri əl-Maliki çıxış edib. ABŞ-ın 44-cü prezidenti Barak Obamanın Yaxın Şərq siyasətini sərt tənqid  edən Nuri əl-Malikinin qənaətinə görə, İŞİD özbaşına yaranmayıb.

 “İŞİD eynilə ABŞ tərəfindən SSRİ ilə mübarizə aparmaq üçün yaradılan Taliban qruplaşması kimi meydana çıxıb. İŞİD Obama tərəfindən yaradılmışdı ki, mənim İraqda  başçılıq etdiyim hökuməti devirsin. Tramp artıq bu barədə danışıb”, – deyə o vurğulayıb.