İspaniyanın paytaxtı Madridin meri Manuela Karmena ABŞ prezidenti Donald Trampı Adolf Hitlerə bənzədib.
TASS-ın verdiyi məlumata görə, xanım mer bunu ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsindən sonra deyib.
“Biz bilirik ki, bu, önəmli sayda vətəndaşların dəstəklədiyi qanuni hökumətdir. Lakin 21-ci əsrdə biz insan haqlarının ən böyük pozuntusunun şahidi oluruq. Eynilə əksəriyyətin əvvəlcə dəstəklədiyi digər bir hökumətin vaxtında olduğu kimi”, – deyə M. Karmena Hitler Almaniyasını nəzərdə tutaraq söyləyib. (APA)
Qeyd edək ki, Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.