XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2017 - 18:09

Fransalı nazir Tehrana gedir:Əli Şamxani ilə görüşə

fransa-nazirri-ayro

Fransa xarici işlər naziri Jan-Mark Ayro yanvarın 31-də Tehranda olacaq. O, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.

Strateq.az xəbər verir ki, fransalı nazirin Ə.Şəmxani ilə danışıqlarında Suriya böhranı, İranın nüvə proqramına dair saziş, habelə ikitərəfli münasibətləri müzakirə etməsi nəzərdə tutulur.

Bundan başqa, Tehranda iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə İran-Fransa müştərək ticari-iqtisadi toplantının açılışı keçiriləcək.