XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2017 - 21:17

“Bu, Obamanın etdiyinə oxşayır” –Tramp izah verdi

U.S. President Donald Trump holds breakfast meeting with small business leaders at the Roosevelt room of the White House in Washington U.S., January 30, 2017.  REUTERS/Carlos Barria

ABŞ prezidenti Donald Tramp yeddi ölkəyə qarşı giriş məhdudiyyəti ilə bağlı qərarının tənqidinə münasibət bildirib.

Strateq.az xəbər verir ki, Tramp qadağanın yalnız müsəlmanlara aid olduğuna dair şərhlərdə medianı günahlandırıb.

90 günlük qadağanın İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarını əhatə etdiyini xatırladan ABŞ prezidenti deyib: "Mənim siyasəti prezident Obamanın 2011-ci ildə etdiyinə oxşayır. Onda o, İraqdan olan qaçqınlara viza verilməsini altı ay qadağan etdi. Sərəncamımda adı keçən yeddi ölkə əvvəllər Obama administrasiyası tərəfindən terror mənbəyi olan ölkələr kimi səciyyələndirilib". 

"Bu din haqqında sərəncan deyil, terror və ölkəmizin təhlükəsiz saxlanılması ilə bağlıdır. Dünyanın müsəlman çoxluğu olan 40 müxtəlif ölkəsi var və qadağalar onlara aid deyil", – Trump əlavə edib.