XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 01:22

Obama Trampa qarşı etirazları dəstəkləyib

obama-8

ABŞ-ın sabiq prezidenti Barak Obama hazırkı dövlət başçısı Donald Trampa qarşı etirazları dəstəkləyib.

Reuters agentliyinin verdiyi xəbərə görə, Obamanın bəyanatını onun rəsmi nümayəndəsi Kevin Lyuis yayıb. Trampın miqrasiya siyasəti ilə bağlı fərmanlarına münasibət bildirən Obama vurğulayıb  ki, insanlara dini prinsiplə yanaşmanın qəti əleyhinədir.

Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. (APA)