"Daily Sabah" ərəb nəşri yazır ki, Suriya prerzidenti Bəşər Əsədi işemik iflicə görə xəstəxanaya yerləşdiriblər.
Bununla yanaşı, şayiələr yayılıb ki, Suriya diktatorunun həyatına sui-qəsd edilib.
Strateq.az xəbər verir ki, “Əl-Cəzirə" telekanalınınn məşhur aparıcısı Feysəl əl-Qasim isə "Twitter"də yazıb ki, "Əsəd yatağa düşüb və komada deyil”.
Məlumatı Livanın “əl-Mustəqbəl” qəzeti təsdiqləyib.
Daha bir nəşr – “Saudi Asharq al-Awsat” qəzeti də Əsədin xəstəxanaya yerləşdirilməsi haqda oxuculara məlumat verib.
Prezident Əsədin təmsilçiləri isə məlumatı təkzib edərək, onun sağlamlığında problem olmadığını bildiriblər.