XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 12:38

Donetskdə savaş qızışdı, şəhərə raketlər yağdırılır –İtkilər var (VİDEO)

smerc-raketler

Ukrayna ordusunun 72-ci Qvardiya əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidməti bildirir ki, hal-hazırda Donetsk separatçılarının qüvvələri Rusiya ordusu ilə birlikdə Avdeyevka qəsəbəsini intensiv atəşə tutur.

Səhər saatlarında qəsəbəyə 4 “Qrad” qurğusundan 160 raket buraxılıb, ciddi dağıntılar var.

Ukrayna tərəfi bildirir ki, Rusiya atəşin dayandırılmasına dair müraciətlərə reaksiya vermir və hazırda da artilleriya-raket zərbələri davam edir.

Ukrayna ordusunun antiterror əməliyyatları üzrə qərargahının bildirdiyinə görə separatçılar Avdeyevka rayonunda dəfələrlə həmlə ediblər, lakin Ukrayna hərbçiləri onları geri oturda biliblər. Hər iki tərəfdən itkilər var.

https://www.youtube.com/watch?v=TqcS77leQgo

Virtualaz.org