XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2017 - 15:17

“Times” qəzeti:Tereza Mey "Brexit" mexanizmini martın 9-da işə salacaq

tereza

Böyük Britaniyanın Baş naziri Tereza Mey Lissabon müqaviləsinin 50-ci maddəsini – ölkənin Avropa İttifaqından (Aİ) çıxışının ikiillik prosedurunu bu il martın 9-da başladacaq.

Bu barədə "Times" qəzeti yazıb.

Nəşr baş nazirin əvvəlcədən "Brexit"i başladacağı tarixi açıqlamadığını, yalnız mart ayının sonunu son tarix kimi göstərdiyini yazıb.

Lakin Britaniya hökuməti dünən Lordlar Palatasına Birləşmiş Krallığın Aİ-dən çıxışı ilə bağlı qanun layihəsinin martın 7-də təsdiqlənməsini istədiyini məlumat verib.

"Times" yazıb ki, bundan sonra martın 8-də maliyyə naziri Filip Hammond büdcə məlumatı ilə çıxış edəcək, martın 9-da isə Maltada başlayacaq Aİ-nin ikigünlük sammitində T.Mey 50-ci maddənin işə salındığını elan etməyə fürsət qazanacaq.

Report