XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 19:36

HDP liderini 40 ildən çox həbs gözləyir –İttiham aktı

demirtas-hdp

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində ittiham aktı açıqlanıb. 

Sənəddə Diyarbakır Prokurorluğunun apardığı isintaq tədbirləri çərçivəsində həbs olunan müxalif siyasi liderin 43 ildən 142 ilə qədər azadlıqdan məhrum edilməsi istənilir.  

İttihamnamədə S.Dəmirtaşın PKK/KCK terror təşkilatının siyasi qanadından məsul şəxs olduğu, həmçinin DTK-da da rəhbər şəxs kimi fəaliyyət göstərdiyi qeyd edilib. 

Sənəddə HDP həmsədrinə qarşı "Terror təşkilatını idarə etmək və onun təbliğatını aparmaq", "Yığıncaq və nümayişlər haqqında" qanunun əleyhinə çıxmaq, "Xalqı qanunlara əməl etməməyə təhrik etmək" və s. ittihamlar irəli sürülüb. 

Xəbərdə həmçinin S.Dəmirtaşın yaxın günlərdə hakim qarşısına çıxarılacağı vurğulanıb(Report).