XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 21:25

«Deutsche Bank» Rusiyanın güdazına getdi- 600 milyonluq cərimə

Almaniyanın nəhəng banklarından «Deutsche Bank» 600 milyon avro cərimə ödəyəcək.

Buna səbəb bankın Rusiyada «çirkli pulların yuyulmasında» iştirakıdır.

İstintaq məlumatlarına görə, rus müştərilər bankın Moskva və London filialları vasitəsilə 10 milyard dollara yaxın pul «yuyublar».

«Deutsche Bank»ın Nyu-Yorkdakı Maliyyə Xidmətləri Departamentindən (DFS) bildiriblər ki, bu üsuldan bir neçə ildir istifadə olunub.

İş materiallarında o da qeyd olunur ki, şübhəli müştərilər rus şirkətlərinin səhmlərini Moskvada rublla alıblar, elə həmin gün London filialı vasitəsi ilə dollarla satıblar.

DFS-in rəhbəri Mariya Vullo bildirib ki, bu sazişlər iqtisadi cəhətdən məqsədəuyğun olmayıb və bu səbəbdən də «çirkli pulların yuyulması» ilə bağlı şübhələr yaranıb.

Üstəlik bank bu qeyri-şəffaf sazişlərin bağlanılması ilə ABŞ sanksiyalarını yarmış olub(azadliq.info).