XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2017 - 10:38

Yunanıstan milli kosmikagentlik yaradır

Yunanıstanın Rəqəmsal Siyasət, Telekommunikasiya və İnformasiya Nazirliyi ölkənin kosmik agentliyini yaratmaq niyyətindədir.

Tezliklə bununla bağlı qanun layihəsi parlamentə təqdim ediləcəkdir. Yeni qurumun rəsmi adı Kosmik Fəaliyyət üzrə Milli Mərkəz (EKDE) olacaqdır. Eyni zamanda, cari ildə “Hellas Sat” peykinin kosmosa buraxılması nəzərdə tutulur. Kosmik agentlik hərbi və telekommunikasiya sahələrində elmi tədqiqatlar və mülki müdafiə üçün istifadə olunacaqdır.

Yunanıstanın 2003-cü ildən etibarən malik olduğu “Hellas Sat 2” adlı peyki 2013-cü ildə 208 milyon avroya ərəb şirkətinə satılıb. Ölkənin rəqəmsal siyasət, telekommunikasiya və informasiya naziri Nikos Pappas peykin sabiq hökumət tərəfindən satılması ilə razı olmadığını və Yunanıstanın kosmosda təmsil olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb(azərtac).