XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 11:02

Yaponiyada yaşayan müsəlmanlar Trampınqərarından narahatdırlar

Yaponiyada yaşayan müsəlmanlar Donald Trampın Yaxın Şərqin və Afrikanın yeddi ölkəsinin vətəndaşlarının, o cümlədən qaçqınların ABŞ-a girişini müvəqqəti qadağan edən qərarından narahatdırlar.

NHK telekanalının yaydığı məlumata görə, Tokio məscidlərindən birindəki Pakistan vətəndaşları bildiriblər ki, müsəlmanlar da digər dinlərin nümayəndələri kimi ABŞ-da çalışaraq bu ölkənin inkişafına töhfələr verirlər. Onlardan bir çoxu uzun müddət ABŞ-da işlədiklərini qeyd ediblər. Bildiriblər ki, ABŞ prezidentinin bu addımı bütün dünyada İslam əleyhinə meyllərin artmasına səbəb ola bilər.

Məlumatda əlavə olunur ki, bu məscid qeyri-hökumət təşkilatlarının vasitəsilə müharibədən qaçaraq Türkiyənin sərhəd rayonlarında yerləşən suriyalı qaçqınlara ərzaq və digər yardımlar göndərir(azərtac).