XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 12:22

General Mattisdən vəliəhdə zəng:məsləhətləşmələr davam edəcək

veliehd-mattis

ABŞ-ın müdafiə naziri Ceyms Mattis və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz arasında telefon danışı olub. Rəsmi açıqlamaya görə, söhbətdə təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. 

Strateq.az SPA-ya istinadla xəbər verir ki, C.Mattis Yəmənin Hodeyda limanı yaxınlığında Səudiyyə freqatına hücumu qınayıb və iki dənizçilərin ölümü ilə bağlı başsağlığı verib.

SPA-nın məlumatında qeyd edilir ki, müdafiə naziri kimi Vəliəhd bölgədə Pentaqonla əməkdaşlığı və terrorizmə qarşı mübarizənin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb. O, regionda təhlükəsizliyi və sabitliyi pozmağa yönələn İranın körfəz tölkələrinin daxili işlərinə müdaxiləsini qeyd edib.

General C.Mattis Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı mübarizəyə verdiyi töhfəyə görə həmkarına təşəkkür edib. Pentaqon başçısı Yaxın Şərqdə yeni və inkişaf etməkdə olan təhlükəsizlik problemləri qarşı ABŞ-Səudiyyə Ərəbistanı strateji münasibətlərin əhəmiyyətini bir daha təsdiq edib. C.Mattis qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri üzrə Səudiyyə Ərəbistanı ilə yaxından məsləhətləşmək arzusunu qeyd edib.