XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2017 - 14:04

Özbəkistan 2,6 milyard dollar ayırdı- Aral dənizi zonasında ekoloji fəlakətin aradan qaldırılmasına

Özbəkistan Hökuməti 2017-2021-ci illərdə Aral dənizi zonasında ekoloji fəlakətin aradan qaldırılmasına 8,4 trilyon sum (2,6 milyard dollar) vəsait ayırıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı Fərmanda Aral dənizinin quruması ilə əlaqədar səhralaşmanın qarşısının alınması, su ehtiyatlarının tənzimlənməsi istiqamətində əsaslı işlərin aparılması, regionda 100 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bildirilir ki, proqramın maliyyələşdirilməsi üçün Özbəkistan Maliyyə Nazirliyinin nəzdində Aralyanı Regionun İnkişaf Fondu da yaradılacaq.

Xatırladırıq ki, Aral dənizi 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılırdı. Son 40 ildə gölün sahəsi iki dəfə azalıb, suyun həcmi 18 metr aşağı düşüb. Duzluluğun artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovurub hətta uzaq yaşayış məntəqələrinə tökür və beləcə ekoloji fəlakət zonası yaranır(azərtac).